Ballı Tort. Tорт Mедовик.

Share
Embed
  • 
    Loading...
  • Published on:  5/27/2018
  • Ballı Tort Resepti. Ballı Tortun Hazırlanması.Tort Resepti. Tорт Mедовик.
    Рецепт коржей
    4 яйца
    1 ст сахар
    100 гр сливочного масла
    3 ст л мёда
    2 ч л соды
    4,5 ст муки
    _________________________________________
    Рецепт Крема
    600 мл сливок 33%
    6 ст л сахарной пудры
    1 ст л мёда
    -------------------------------------------------------------------
    Ərzaqlar
    Xəmiri üçün
    4 ədəd yumurta
    1 stəkan şəkər tozu
    100 qr kərə yağı
    3 yemək qaşığı bal
    2 çay qaşığı soda
    4,5 stəkan un

    Krem üçün
    600 qr qaymaq (33%-li)
    6 yemək qaşığı şəkər pudrası
    1 yemək qaşığı bal
    Hazırlanması.İlk öncə kremi hazırlamaq lazımdır.Bunun üçün 600 qr qaymağa 6 yemək qaşığı pudra şəkəri əlavə edib, mikserlə qatılaşanadək çalıram.1 yemək qaşığı bal əlavə edib, 1 dəqiqə daha çalıram.Qaymaq əvəzinə yağlılıq faizi yüksək olan xama da istifadə edə bilərsiniz.Üzərini örtüb, soyuducuda saxlayıram.
    100 qr kərə yağına 3 yemək qaşığı bal əlavə edib,orta atəşdə əridirəm,yağ əridikdə, 2 çay qaşığı soda əlavə edib, köpürənədək qarışdırıram.Ocağdan götürürəm.4 ədəd yumurtaya 1 stəkan şəkər tozu əlavə edib, qarışdırıram.Üzərinə əritdiyim ballı, sodalı yağı qarışdıraraq əlavə edirəm.4,5 stəkan un əlavə edib, yoğururam.Azacıq ələ yapışan xəmir olmalıdır.Dəzgaha azacıq un sərpib, xəmirə uzunsov forma verirəm.10 bərabər hissəyə bölürəm.Kündə edirəm.Hər kündəni ola bildiyincə nazik şəkildə yayıram.Yağlı kağız sərdiyim soba listinə yerləşdirib,çəngəl ilə dəliklər açıram.Əvvəlcədən 180 dərəcədə qızdırdığım sobada 3-4 dəqiqə bişirirəm.Bişdikdən həmən sonra üzərinə boşqab yerləşdirib, kənar hissələrini kəsirəm.Bütün korjların arasını kremləyirəm.Sonda tortun hər tərəfini kremlə örtürəm.Korjların kənarlarından qalan hissələri xırdalayıb, tortun hər tərəfinə səpirəm.Yaxşı olar ki, tortu gecədən hazırlayıb, soyuducuda dinləndirəsiniz, bu zaman krem daha yaxşı hopur.Servis edərkən üzərinə bal gəzdirə bilərsiniz)) Hazırlayıb, dadına baxacaq olanlara indidən nuş olsun deyirəm))

    Song: NOWË - Burning (Vlog No Copyright Music)
    Music provided by Vlog No Copyright Music.
    Video Link: https://www.201tube.com/video/AWv6Cr-RJaM/video.html
Loading...

Comment